Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb
Hadisə
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 111 nəfər saxlanılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.