Ötən sutka ərzində 20-dən çox cinayətin üstü açıldı

Ötən sutka ərzində 20-dən çox cinayətin üstü açıldı Hadisə

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olan 175 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat nəticəsində narkotiklərlə bağlı 2, qanunsuz saxlanılan silah və sursatla bağlı isə 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.