Övladını qonaq getdiyi evdə öldürdü - – ŞOK

Övladını qonaq getdiyi evdə öldürdü - – ŞOK Hadisə

Türkiyənin Mersin şəhərində ağlını itirən ana qonaq olduğu evdə 9 yaşlı uşağını bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki, türk mediası məlumat yayıb.

Məlumata görə, Mersinin Toroslar rayonunda 42 yaşlı Gülüzar E. adlı qadın qonaq gəldiyi qohumunun evində ağlını itirərək 9 yaşlı oğlu YE-ni qarın nahiyəsindən bıçaqlayıb. Ağır xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.

Gülizar E. polis qrupları tərəfindən saxlanılıb. Qadının psixoloji problemlərinin olduğu iddia edilib.

Mehriban Mirzəzadə