Özgür Özəl güllələnib?
Hadisə
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ayağından vurulması ilə bağlı iddialara cavab verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, jurnalist Barış Yarkadaş ona zəng edərək iddialarla bağlı soruşub və açıqlamalarını “TV100”-də ictimaiyyətlə bölüşüb:
“Bu yazı ilk dəfə səhər saatlarında FETÖ hesabları tərəfindən paylaşıldı. Sonra gördüm ki, FETÖ-cüləri izləyənlər də paylaşıblar.
Mənim Güven Xəstəxanasında çəkilən rentgen görüntülərim e-dövlətə yüklənib. Rentgendə qırıq açıq-aydın görünür. Hər kəs baxa bilər. İstəyənə nəticələri özüm də göndərə bilərəm”, - Özgür Özəl deyb.