Özünü məmur kimi təqdim etdiyi üçün həbs edilmişdi - MEYİTİ TAPILDI
Hadisə
Sumqayıtda evdən keçmiş məhkumun meyiti tapılıb.
News24.az xəbər verir ki, şəhər sakini 53 yaşlı Elxan Səfər oğlu Mahmudovun meyiti yaşadığı evdə aşkarlanıb.
Məlumata görə, E.Mahmudov 2019-cu ildə korrupsiya və vəzifə cinayətlərinə görə 3 illik həbs olunub. O, 2022-ci ildə azadlığa buraxılıb.
Həmin vaxt E.Mahmudov özünü dövlət məmuru kimi təqdim edərək vətəndaşlardan külli miqdarda pul alıbmış.
Yanvarın 19-da onun meyiti aşkar edilərkən üzərində xəsarət izi tapılmayıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.