Peyk internetinə zərbə: İranda “Starlink” bloklandı

Peyk internetinə zərbə: İranda “Starlink” bloklandı Hadisə

İranda ilk dəfə “Starlink” peyk internetinin kütləvi şəkildə kəsilməsi faktı qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə “ArbatMedia” məlumat yayıb.

Məlumata görə, trafikin 80 faizdən çoxu pozulub.

Monitorinq məlumatları göstərir ki, nasazlıqlar bir neçə saat davam edib və ölkə ərazisindəki “Starlink” bağlantılarının böyük hissəsini əhatə edib.

Qeyd edək ki, peyk interneti İranda etirazçılar üçün vacib alternativ rabitə kanalı hesab olunur.

Bundan əvvəl İranda əsasən daxili kommunikasiya kanallarının bloklanması müşahidə edilirdisə, hazırda söhbət kütləvi şəkildə məhz peyk internetinə çıxışın əngəllənməsindən gedir.