Piyada keçidindən keçməyən şəxsi maşın vurdu
Hadisə
Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-UY-624 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobil hərəkətdə olan zaman qarşısına çıxan piyadanı vurub.
Naməlum şəxs piyada üçün müəyyən edilməyən hissədən, piyada keçidinin altından çıxaraq yolun əks tərəfinə keçmək istəyib. Avtomobil vurması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.