Polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb

Polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb Hadisə

Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.