Polşada sükan arxasın pivə içən azərbaycanlı həbs edildi

Polşada sükan arxasın pivə içən azərbaycanlı həbs edildi Hadisə

Polşanın cənubunda azərbaycanlı avtobusu sürücüsü sükan arxasında pivə içdiyi üçün həbs edilib.

News24.az xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb.

Bildirilib ki, bazar günü saat 22:00-dan sonra başqa bir sürücü Katovitse ilə Zabrze arasında hərəkət edən 23 nömrəli avtobusun yolda sağa-sola hərəkət etdiyini görərək polisə məlumat verib.

Nəticədə polis avtobusu Ruda-Slonska şəhərində saxlayıb.

Nəfəs analizinin nəticəsinə görə, 63 yaşlı sürücünün qanında 2,75 promil spirt olub.

Bu göstərici Polşada sürücülər üçün icazə verilən 0,2 promillik həddən təxminən 14 dəfə çoxdur.

Polisin məlumatına görə, sürücü işə saat 14:00-dan bir qədər əvvəl başlayıb və avtobusu təhvil aldıqdan qısa müddət sonra spirtli içki qəbul etməyə başlayıb.

“Bir neçə saat davam edən səfər zamanı sərnişinləri daşıyarkən o, ard-arda pivə bankalarını açaraq içib”, – deyə polis bildirib.

Sərxoşluğu keçdikdən sonra sürücü sürətləndirilmiş məhkəmə proseduru çərçivəsində Ruda-Slonska Rayon Məhkəməsinə çıxarılıb.

O, 6 ay müddətinə azadlıqdan və 6 il müddətinə avtomobil idarə etmək hüququndan məhrum olunub.

Bundan əlavə, məhkəmə onun ümumilikdə 20 min zlotı (4 700 avro) məbləğində iki cərimə ödənişi etməsinə qərar verib.

Polis həmçinin sürücünün etibarlı sürücülük vəsiqəsinin olub- olmadığını, eləcə də, onun ölkədə daimi yaşayışının altı ayından sonra həmin sənədin Polşa vəsiqəsi ilə dəyişdirmək tələbinə əməl edib-etmədiyini də araşdırır.

Polşada sükan arxasın pivə içən azərbaycanlı həbs edildi