Qadın tramvayın altında qaldı

Qadın tramvayın altında qaldı Hadisə

Yekaterinburqun Kosmonavtov prospektində qadını tramvay vuraraq öldürüb.

News24.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin yol polisi bildirib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, tramvay sürücüsü dayanacaqdan hərəkətə başlayanda bütün sərnişinlərin kabinəni tərk etdiyinə əmin olmayıb. Nəticədə qadın hərəkətdə olan tramvayı tərk edərkən ayaq üstə qala bilməyib və təkərlərin altında qalıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı