Qaxda 32 yaşlı kişini avtomobil vurub

Qaxda 32 yaşlı kişini avtomobil vurub Hadisə

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az bildirir ki, hadisə Tasmalı kəndində baş verib.

1991-ci il təvəllüdlü İsa Cahangir oğlu Məmmədov minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan İ.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.