Qaxda iki avtomobul toqquşub, xəsarət alanlar var

Qaxda iki avtomobul toqquşub, xəsarət alanlar var Hadisə

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolununrayonun Suskənd kəndi ərazisindən kecən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər, 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Unikal)