Qaxın ucqar kəndi ilə əlaqə kəsildi

Qaxın ucqar kəndi ilə əlaqə kəsildi Hadisə


Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsinə yağan güclü qar səbəbindən kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.Kənd sakinlərinin dediyinə görə, ötən gün axşam saatlarından onlar şəhər mərkəzinə  gedə bilmirlər.

Hazırda Sarıbaş kəndində qarın qalınlığı 40-45 sm-dir və yağmaqda davam edir. 

Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir.