Qaz pedalı ilə əyləci səhv saldı: - Maşını “Araz”a girdi

Qaz pedalı ilə əyləci səhv saldı: - Maşını “Araz”a girdi Hadisə

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Sumqayit24.az-a istinadla xəbər verir ki, “Kia” markalı avtomobilin qadın sürücüsü idarəetməni itirərək Saray MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, sürücü qaz pedalı ilə əyləci səhv salıb.