Qazaxda 25 yaşlı qadın siçan dərmanından zəhərlənib öldü

Qazaxda 25 yaşlı qadın siçan dərmanından zəhərlənib öldü Hadisə


Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.