Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapıldı
Hadisə
Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb.
News24.az-ın xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır. // APA