Qəbələ sakinləri odlu silahları polisə təhvil veriblər

Qəbələ sakinləri odlu silahları polisə təhvil veriblər Hadisə


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.