Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU Hadisə

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 32 yaşlı Cəmil Əhmədov saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tibbi müayinə zamanı sürücünün psixotrop maddə metamfetamin istifadə etdiyi məlum olub.

C.Əhmədov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.