Qəbələdə xəsarət alan turistlə bağlı TƏBİB-dən AÇIQLAMA
Hadisə
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Sankt-Peterburq şəhərindən olan turist Qəbələdə istirahət edərkən xəsarət alıb.
TƏBİB-dən News24.az -a bildirilib ki, 2001-ci il təvəllüdlü qadın saat 15:20 radələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “Ona başın tüklü hissəsinin açıq yarası diaqnozu qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, hadisə oktyabrın 6-da məşhur “Yeddi gözəl” şəlaləsinin yaxınlığında baş verib. Turist meymunla şəkil çəkdirmək istəyərkən qəfil daş tökülüb.