Qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb

Qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb Hadisə

Yekaterinburq-Serov avtomobil yolunda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, yaralananlar arasında iki uşaq da var.

“Hyundai Solaris” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və “Peugeot Boxer” markalı avtomobillə toqquşub.

“Peugeot Boxer”in sərnişinləri – 2016-cı il təvəllüdlü qız və 2020-ci il təvəllüdlü oğlan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Qəza nəticəsində "Hyundai Solaris"də olan sərnişin dünyasını dəyişib. Sürücünün özü və digər sərnişinlər xəstəxanaya çatdırılıb.

Prokurorluq qəza ilə bağlı istintaqı nəzarətə götürüb.

Ağa Dadaşzadə