Qəzada ölən bacı-qardaş rayona toya gedirmiş - TƏFƏRRÜAT

Qəzada ölən bacı-qardaş rayona toya gedirmiş - TƏFƏRRÜAT Hadisə

Xəbər verildiyi kimi dünən səhər saatlarında Bakı-Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində bacı-qardaş həlak olub.

News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində baş verən qəzada ölənlər Siyəzən rayonuna toya gedirmiş.

Həlak olan 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva ilə yanaşı maşında onların yaxın dostu Fuad Ələddin oğlu da olub. Xəstəxanaya yerləşdirilən Fuadın vəziyyəti ağır qiymətləndirilir.

Digər məlumata görə, bacısı ilə birgə həlak olan Ramal UNEC-dən məzun olandan sonra özəl şirkətdə menecer kimi işləyib. Onun son iş yeri “Elit Elektronics” mağazalar şəbəkəsi olub. Qəzada faciəvi şəkildə ölən Səma Mirzəyeva isə Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

O, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.

Yaşar Araz

Qəzada ölən bacı-qardaş rayona toya gedirmiş - TƏFƏRRÜAT Qəzada ölən bacı-qardaş rayona toya gedirmiş - TƏFƏRRÜAT