Qobu park yaşayış kompleksində yanğın

Qobu park yaşayış kompleksində yanğın Hadisə

Bakının Qaradağ rayonunda Qobu park yaşayış kompleksində yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Qobu park yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".