Qobustanda qəza - Xəsarət alan var
Hadisə
Qobustan qəsəbəsində 35 yaşlı kişi yol qəzasında xəsarət alıb.
News24.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Nuriyev Elvin Həkimağa oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .