Qonşu ölkənin Şərqində güclü zəlzələ oldu
Hadisə
Rusiyanın Kamçatka yarımadasında 6 maqnitudada zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi xəbər verib.
Yeraltı təkanlat Petropavlovsk-Kamçatskdən 359 km cənubda baş verib. Zəlzələnin episentri 65,6 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.