Qonşular arasında mübahisə qətllə nəticələndi

Qonşular arasında mübahisə qətllə nəticələndi Hadisə

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Binə-Savxoz ərazisində qeydə alınıb.

Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib.

Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, həyatını itirən şəxsin 3 azyaşlı övladının olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)