Qubada 18 yaşlı şəxs kanalda boğulub

Qubada 18 yaşlı şəxs kanalda boğulub Hadisə
Quba rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb.

18 yaşlı kənd sakini Hicran Dadaşov Samur-Abşeron kanalında boğulub.

Onun meyiti sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. /APA/