Qubada dəhşətli hadisə - Qonşusunu bıçaqladı - YENİLƏNDİ
Hadisə
Quba rayonunun Tülər kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.
News24.az -ın məlumatına görə, aprelin 13-ü Tülər kənd sakini 52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu 50 yaşlı Savalan Şeydayevə bıçaqla xəsarət yetirmişdir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
11:43
Aprelin 13-ü saat 07:30 radələrində 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News24.az - ın məlumatına görə, 1976-cı il təvəllüdlü şəxsə döş qəfəsinin və qarının kəsilmiş, deşilmiş yarası təyin olunub və zəruri tibbi yardım göstərilib. Daha sonra pasiyent cərrahi əməliyyata qəbul olunub.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.