Qubada toy karvanında faciə: Ölü və yaralı var - Foto

Qubada toy karvanında faciə: Ölü və yaralı var - Foto Hadisə

Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, toy karvanında hərəkət edən “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.

Nəticədə sürücü, Xaçmaz rayon sakini 23 yaşlı Mehtiyev Şahbala Asəf oğlu hadisə yerində ölüb, avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report.az)

Qubada toy karvanında faciə: Ölü və yaralı var - Foto Qubada toy karvanında faciə: Ölü və yaralı var - Foto