Quranı yandıranların məhkəməsi başladı

Quranı yandıranların məhkəməsi başladı Hadisə

İsveçdə dəfələrlə Qurani-Kərimi təhqir edən ekstremistlər Salvan Momik və Salvan Najemin məhkəməsi başlayıb.

News24.az xəbər verir ki, Stokholm bölgə məhkəməsi 4 ayrı hadisədə Quranı yandıraraq "etnik və ya milli qrupa qarşı nifrət cinayətləri törətmək" ittihamı ilə iki iraqlı ekstremist Salvan Momika və Salvan Najemin məhkəməsinin başladığını elan edib.

İsveçin rəsmi xəbər agentliyi TT-nin məlumatına görə, Momika məhkəməsi zamanı söz və fəaliyyət azadlığı əsası ilə Quranın yandırılmasına “haqq qazandırıb”. Ekstremistin sözlərinə görə, o, İsveç dilini bilmədiyi üçün Salvan Najemdən tərcüməçi kimi istifadə edib.

Məhkəmənin iki həftə ərzində qərar verəcəyi gözlənilir.

Salvan Momika və Salvan Najem 28 iyun 2023-cü ildə müsəlmanların Qurban bayramının ilk günündə Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıblar.

Daha sonra polisin himayəsi altında ekstremistlər Stokholmdakı İraq səfirliyi qarşısında Quranı yandırıb və İraq bayrağını tapdalayıblar.

24 avqust 2023-cü ildə Momika Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb. Momika sonuncu dəfə 2023-cü il oktyabrın 21-də Stokholmun mərkəzində İsrailə dəstək aksiyası keçirib, orada da Quranı və Fələstin bayrağını təhqir edib.

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan İsveçin Malmö, Norrköpinq və Yönköpinq şəhərlərində müsəlmanları təhqir və aşağılayaraq Quranın yandırılmasında iştirak edib. Malmö bölgə məhkəməsi radikala 4 ay həbs cəzası verib.

2023-cü il dekabrın 7-də Danimarka parlamenti müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib. Qanunu pozanları cərimə və ya iki ilə qədər həbs gözləyir.

Aynurə