Qusarda qəzada xəsarət alanların kimliyi məlum oldu – Yeniləndi

Qusarda qəzada xəsarət alanların kimliyi məlum oldu – Yeniləndi Hadisə

Qusar Rayon Mərkəzi Xəstəxanasına 04.02.2026-cı il tarixində saat 13:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (qadın cinsli şəxs) təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə yaralanan şəxslər 41 yaşlı Tamilla Həmidova, 64 yaşlı Sevda Əliyeva, 35 yaşlı Mətanət Xanova və 55 yaşlı Mənzurə Nurullayevadır. Onlara Qusar rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib, və onlar evə buraxılıblar.

28.11.1970-ci il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozu; 14.05.1984-cü il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması, bədənin müxtəlif yerlərinin səthi sıyrılmış yaraları diaqnozu; 28.01.1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozu; 11.07.1990-cı il təvəllüdlü (qadın cinsli) şəxsə QKBT, döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozları qoyulub və onlara zəruri tibbi yardımlar göstərilib.

Faktla bağlı araşdırma aparılır.

**

Qarın yağması ilə Qusar şəhərinin girəcəyində, Qusar-Quba yolunun başlanğıcında hərəkət çətinləşib.

News24.az
xəbər verir ki, yolun buzlu olması zəncirvari qəzaya səbəb olub və nəticədə avtobus aşıb.

Qusar polis şöbəsinin yol polisi əməkdaşları nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldur.

Qəza zamanı 2 nəfər yüngül xəsarət alıb.(bizimmedia)