Qusarda beş nəfər qidadan zəhərləndi

Qusarda beş nəfər qidadan zəhərləndi Hadisə

Qusar rayonunda zəhərlənmə hadisəsi baş verib.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə Aşağı Ləgər kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyubov toyda yedikləri qidadan zəhərləniblər. 

Zərərçəkənlər yaxınları tərəfindən xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.