Qusarda evdə yanğın oldu - Bir nəfərin meyiti tapıldı
Hadisə
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
News24.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir./APA