Qusarda məktəbli qızları maşın vurdu
Hadisə
Qusarda məktəbliləri maşın vurub.
News24.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.
Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır. (Unikal)