Qusarda “Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı

Qusarda “Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı Hadisə

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. // Unikal