Qusarda 27 yaşlı gənci sel apardı - MEYİTİ TAPILDI

Qusarda 27 yaşlı gənci sel apardı - MEYİTİ TAPILDI Hadisə

Qusarda sel aparan şəxsin meyiti tapılıb

News24.az xəbər verir ki, Qusarın Gündüzqala kənd ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb.

Aparılan axtarışlar nəticəsində F. Rəsulovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)