Rayondan Bakıya gəlib arvadının işlədiyi restorana basqın etdi

Rayondan Bakıya gəlib arvadının işlədiyi restorana basqın etdi Hadisə

Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən restoranlardan birində insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, restorana daxil olaraq münaqişə yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılıb. Araşdırma zamanı həmin şəxsin Zaqatala rayon sakini S. Əsgərov olduğu müəyyən edilib.

Onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə S. Əsgərov 5 sutka inzibati həbs edilib.

Yaşar Araz