Rəqibinin qulağını dişlədi, başına stul çırpdılar - Video
Hadisə
Slovakiyalı MMA döyüşçüsü Pavol Vasko Çexiyada keçirilən turnirdə döyüş zamanı çexiyalı rəqibi Vaslav Mikulasekin qulağını dişləyib.
News24.az xəbər verir ki, hadisə döyüşün ilk saniyələrində baş verib.
Döyüş dayandırılıb və Vasko diskvalifikasiya edildikdən sonra oktagonun kənarında azarkeşlərin hücumuna məruz qalıb.
Azarkeşlərdən biri Vaskoya stul atıb. Stul döyüşçünün başına dəydikdən sonra o, arenanı tərk edib.
Vasko ilə Mikulasek arasındakı qarşılaşma Çexiyada keçirilən turnirin əsas döyüşü olub. /The Sun