Ərinin “TikTok” videosuna görə xanım müavin işdən çıxarıldı
Hadisə
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən çıxarılıb.
News24.az xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.
Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının "Tiktok"da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.(miliaz)