“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu Hadisə

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq n*rkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.