Roza Cəlilovanın mirası ətrafında QALMAQAL - DİN-dən REAKSİYA

Roza Cəlilovanın mirası ətrafında QALMAQAL - DİN-dən REAKSİYA Hadisə

Mərhum Xalq artisti Roza Cəlilovanın mirası və dəyərli əşyalarının talanması ilə bağlı yayılan qalmaqallı iddialara Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.

News24.az xəbər verir ki, sənətkarın nəvəsi Lalə Aslanovanın mənimsəmə və oğurluq halları ilə bağlı irəli sürdüyü ittihamlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin artıq hüquqi müstəvidə araşdırıldığını bildirib.

"Səsləndirilən iddialar hazırda araşdırma predmetidir. Qeyd olunan xüsusatlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir", - deyə E.İbrahimov vurğulayıb. (Oxu.az)