Rüfət Hacıyev həbs edildi

Rüfət Hacıyev həbs edildi Hadisə

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib.

News24.az APA-ya istinadən bildirir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Rüfət Hacıyev saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.