Ruhi xəstə mağaza sahiblərini hədələyib - PUL OĞURLADI

Ruhi xəstə mağaza sahiblərini hədələyib - PUL OĞURLADI Hadisə
Dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasovun mağaza sahibini kəsici alətlə hədələyib 15 manat pulunu alması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb.

Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilib. Araşdırma aparılır.