Şərurda qəza oldu, 8 kəndin qazı kəsildi

Şərurda qəza oldu, 8 kəndin qazı kəsildi Hadisə

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

News24.az xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.(Unikal)