Rusiyada 30 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - Foto
Hadisə
Rusiyada 30 yaşlı azərbaycanlı yol qəzasında həlak olub.
News24.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Abdulla Nəsibov Moskvada idarə etdiyi “Qazel” markalı avtomobilin qəzaya uğraması nəticəsində həyatını itirib.
Gürcüstanın Marneuli rayonunun Əzizkənd kəndində anadan olan Abdullanın cənazəsi dəfn olunması üçün Rusiyadan göndərilib.