Rusiyada 43 yaşlı azərbaycanlı öldürülüb
Hadisə
Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində 43 yaşlı azərbaycanlı qətlə yetirilib.
News24.az “47news.ru” saytına istinadən xəbər verir ki, araşdırma zamanı adı açıqlanmayan şəxsin ayağından aldığı güllə yarası nəticəsində çoxlu qanitirmədən öldüyü məlum olub.
O da bildirilib ki, onun Rusiya ərazisində qalma müddəti avqustun sonunada başa çatırdı.
Hazırda istintaq qrupu hadisənin səbəblərini araşdırır.