Saatlıda avtomobil işıq dirəyinə çırpıldı - Sərnişin öldü

Saatlıda avtomobil işıq dirəyinə çırpıldı - Sərnişin öldü Hadisə

Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.

News24.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb./Report