Saatlıda minik avtomobili yük maşını ilə toqquşdu - Foto - Video/YENİLƏNDİ

Saatlıda minik avtomobili yük maşını ilə toqquşdu - Foto - Video/YENİLƏNDİ Hadisə

Saatlıda baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 43 və 17 yaşlı iki nəfər xəstəxananın Təcili tibbi yardım hospitalizasiya olunub.

Onlara döş qəfəsinin və bel nahiyəsinin əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

**16:10

Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə zamanı minik avtomobili ilə yük maşını toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Saatlıda minik avtomobili yük maşını ilə toqquşdu - Foto - Video/YENİLƏNDİ