Sabiq prorektor dünyasını dəyişdi

Sabiq prorektor dünyasını dəyişdi Hadisə

Azərbaycan Dillər Universitetinin sabiq prorektoru Ələddin Əliyev dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Universitetin sosial media hesabında bildirilib.

Ələddin Əliyev uzun illər Azərbaycan Dillər Universitetində prorektor, rektorun sosial məsələlər üzrə müşaviri, Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ADU üzrə ilk təşkilatının sədri və universitet kitabxanasının müdiri kimi məsul vəzifələrdə fəaliyyət göstərib.