Sabirabadda 10 kq narkotik vasitə aşkarlandı
Hadisə
Sabirabad rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb.
Ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.