Sabirabadda 3 nəfər azyaşlıya qarşı qeyri-etik hərəkətlər edib - Polis işə qarışdı

Sabirabadda 3 nəfər azyaşlıya qarşı qeyri-etik hərəkətlər edib - Polis işə qarışdı Hadisə


Sosial şəbəkələrdə Sabirabad rayon sakini B.Abbasovun övladına qarşı qeyri-etik hərəkətlər edilməsi və məsələnin obyektiv araşdırılmaması bərədə məlumat paylaşılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Abbasova 2021-ci ilin avqust ayının 22-də Rayon Polis Şöbəsinə müraciət edərək 3 həmkəndlisi tərəfindən övladına qarşı qeyri-etik hərəkətlər edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə bağlı İstintaq Bölməsində cinayət işi açılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.